"Liverpul"un İtalyalı ulduzu Mari Balotelli Çezena Prandellinin onun haqqında dediyi tənqidlərə cavab verib.
Newsport.az-ın məlumatına görə, Dünya Kubokunda İtaliyanın pis çıxışı Prandellini də dilə gətirmişdi. O İtalya millisini və Mario Balotellini tənqid atəşinə tutmuşdu. Bu tənqidlərə ilk dəfə olaraq cavab verən Balotelli, Prandellinin nə sözü vardısa mətbuata yox onun üzünə söyləməli olduğunu bildirib və bunları deyib:
"Çezena Prandelli Dünya Kubokundan sonra mənim haqqımda bir sıra pis şeylər deyib. Bir oyundan sonra mətbuata mənimlə bağlı mütləq danışmalıydı? Bunu ondan gözləməzdim. Bu səbəbdən cavab vermək istəmədim. Məncə əsl insan , deməyə nəsə sözü varsa ilk olaraq bunu o insanın üzünə deməlidi. Mən üz-üzə danışmağı daha doğru görürəm. Prandellidən də bunu gözləyirdim".