Millimizin üzvü oynadı, "Bursaspor" qələbə qazandı

Türkiyə Super Liqasında 9-cu turun qarşılaşmaları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Bu qələbə sayəsində xallarını 19-a çatdıran "timsahlar" turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qorumağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right