Futbol üzrə Rusiya və İtaliya yığmaları 2018-ci il dünya çempionatına hazırlıq məqsədi ilə yoldaşlıq görüşü keçirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko jurnalistlərə məlumat verib.
Yoldaşlıq görüşünün 2017-ci ilin noyabrında baş tutacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək. İyunun 14-də start götürəcək mundial iyulun 15-dək davam edəcək.