UEFA Çexiya klubunu cəzalandırdı

UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" klubunu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb Praqa təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunda İtaliyanın "İnter" klubu ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Bu səbəbdən UEFA "Sparta"nın III turda İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçirəcəyi oyunda ən çox azarkeşin toplandığı tribunanı bağlayacaq.

Əgər bu hal təkrarlansa, "Sparta" növbəti oyunlarda azarkeşsiz oynayacaq.

Qeyd edək ki, "Sparta" - "Hapoel" görüşü noyabrın 3-də "Generali Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right