"Qarabağ"ın qolunu saymayan hakim cəzalandırıldı

Azərbaycanlı futbol azarkeşlərinin hələ də unutmadığı Miroslav Zelinka cəzalanıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb çexiyalı referinin kobud səhvə yol verməsi olub. Belə ki, o, Çexiya çempionatının hesabat turunda keçirilən "Dukla” – "Slovan” oyununda birincilərin qapısına təyin etməli olduğu penaltini verməyib. Əvəzində oyunu davam etdirən Zelinka Çexiya Futbol Federasiyasının Hakimlər Komitəsi tərəfindən iki oyunluq cəzalandırılıb.

Qeyd edək ki, adıçəkilən referi 2014-cü ildə Bakıda keçirilən "Qarabağ" - "İnter" (İtaliya) matçında da ağdamlıların təmiz qolunu saymayıb, kobud səhvi ilə gündəmi zəbt etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right