"İnter" rəhbərliyi azarkeşlərin etirazına biganə qaldı

"İnter" rəhbərliyi kapitan Mauro İkardi ilə bağlı qərarını verib.

Newsport.az-ın məlumatına görə, yeni çap olunan kitabında azarkeş qruplarını tənqid etməsi səbəbindən tribunalarla arasında gərginlik yaşanan argentinalı hücumçuya rəhbərlikdən yaxşı xəbər gəlib. Belə ki, azarkeşlərin etirazına baxmayaraq kapitanlıq İkardinin əlindən alınmayacaq.

Buna baxmayaraq 23 yaşlı futbolçuya pul cəzası veriləcək. Bundan əlavə kapitan, "İnter Ultras"ın etirazına səbəb olan səhifələr olmadan kitabı yenidən çap edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right