İtaliyanın paytaxtı Romada dünya ulduzlarının iştirakı ilə xeyriyyə qarşılaşması keçirilib.
Newsport.az-ın məlumatına görə, Roma Papasının təşəbbüsü ilə keçirilən oyunda Ronaldinyonun komandası Maradonanın komandası ilə qarşılaşıb.
Romanın Olimpiya stadionunda keçirilən oyun Ronaldinyonun komandasının qələbəsiylə yekunlaşıb - 4:3.
Qalib komandadan qollarını Federik Kanute, Ernan Krespo, Boyan Krkiç və Fernando Kavenaqi vurublar.
Maradonanın komandasında isə Antonio di Natale, Françesko Totti və Nikolas Burdisso fərqlənib.
Qarşılaşmadan əldə ediləcək gəlir xeyriyyə işlərinə yönəldiləcək.