İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon "Qızıl ayaq” mükafatına layiq görülüb.
Newsport.az-ın məlumatına görə, Monte Karlo şəhərində təşkil olunan mərasimdə Buffona mükafatı Monako şahzadəsi II Albert təqdim edib.
Buffon bu mükafata namizəd olan Kriştiano Ronaldo, Lionel Messi, Edinson Kavani, Frenk Lempard, İker Kasilyas, Kaka, Tiaqo Silva və Ueyn Runi kimi ulduz futbolçuları qabaqlayıb.
Xatırladaq ki, “Qızıl ayaq” mükafatı yaşı 28-dən az olmayan ən yaxşı futbolçuya verilir.