Eddi İsrafilov porno video yayıb: Bu, ancaq onun işidi!

Azərbaycan millisinin və "Kadis"in yarımmüdafiəçisi Eddi İsrafilovun başı dərddədi desək, yanılmarıq.

Newsport.az İspaniya mətbuatında istinadən xəbər verir ki, millimizin üzvü "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşı Antonio Luna və Serxi Enriçin iştirakı ilə porno videonu internetə sızdırmaqda ittiham edilir. Bu video isə futbolçuların həbsi ilə nəticələnə bilər. O, "Eybar"dakı komanda yoldaşları ilə birgə 17 yaşlı qızla olan porno video və şəkilləri yayıb.

Bu barədə Serji Enrix açıqlama verib:

"Məsələ artıq həll olmaqdadı. Qızdan, komanda yoldaşlarımızdan və azarkeşlərdən üzr istəyirəm. Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu videonu İsrafilov yaydı, çünki onunla paylaşmışdıq. Bu, ancaq onun işidi!".

Porno videodakı qız şikayət edərək futbolçulardan 20 min avro alıb. Amma istintaq davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right