Türkiyə millisinin sabiq üzvü Sərvət Çətinin yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, veteran müdafiəçi Superliqada mübarizə aparan "Antalyaspor”da çalışacaq.
"Fənərbaxça” və "Qalatasaray”ın sabiq futbolçusu Antalya təmsilçisinin yeni baş məşqçisi Rza Çalımbayın köməkçisi vəzifəsini yerinə yetirəcək. Bu barədə məlumatı Çalımbayın özü Türkiyə mətbuatına açıqlamasında verib.
Qeyd edək ki, Sərvət Çətin bu il karyerasını başa vurub. Onun son klubu "Mersin İdman Yurdu” olub.
Xatırladaq ki, "Barselona”nın sabiq futbolçusu Samuel Eto`O və "Xəzər Lənkəran”ın keçmiş futbolçusu Etame Mbilla da hazırda "Antalyaspor”da çıxış edir.