"Əmrə Moru dayandırmaq çox çətindi" - Andrey Şevçenko

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Ukrayna matçı 2:2 hesabı ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Andrey Şevçenko oyunla bağlı fikirlərini bildirib.
 
Gənc çalışdırıcı "ay-ulduzlular"ın yarımmüdafiəçisi Əmrə Moru tərifləyib: "Bəzən müdafiədə boşluqlar yaşandı. İkinci hissədə isə müdafiəçilərimiz yorulmuşdu. Son 10 dəqiqəyə qədər hər şey biz istədiyimiz kimi gedirdi. Nəticənin 2:0 olmasını istərdim, amma bu, baş vermədi. Rəqib əsasən cinahlardan hücum qururdu. Əmrə Mor isə çox sürətli və istedadlı futbolçudu. Onu dayandırmaq çox çətindi. Buna baxmayaraq, Əmrəni dayandırmaq üçün müdafiəçilərimiz əlindən gələni etdi".
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right