DÇ-2018-in seçmə mərhələsində mübarizə aparan milli komandaların baş məşqçiliyini edən keçmiş futbolçulardan ibarət rəmzi "11-lik" hazırlanıb.
Newsport.az-ın məlumatına görə, milli komandamızın xorvatiyalı çalışdırıcısı Robert Prosineçki də simvolik komandada yer alıb.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis 1994-2002-ci illərdə Xorvatiya yığmasında oynayıb. O, 49 oyuna 10 qol vurub.