Leroy Corc "Qarabağ"a niyə qayıtmayıb?

Türkiyənin “Göztəpə” klubunun futbolçusu Leroy Corcun sabiq klubu “Qarabağ”a qayıtmamasının səbəbi məlum olub.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay transfer pəncərəsində satışa çıxarılan Leroy Corc son andan klubda qalıb. Onunla maraqlanan klublar arasında “Qarabağ”ın da adı hallanırdı. Lakin onun Ağdam təmsilçisinə transfer baş tutmayıb. Buna səbəb isə “Qarabağ”ın ona “Göztəpə”də qazandığından daha az maaş təklif etməsi olub. 29 yaşlı futbolçu bu səbəbdən sabiq komandasına qayıtmayıb və “Göztəpə”də qalıb.

Ötən mövsümün sonlarında heyətdə yerini itirən Corc son zamanlar məşqlərdə əzmkarlıq göstərərək baş məşqçi Okan Burukun etimadını qazana bilib. Leroy son turda “Elazığspor”la keçirilən oyunda 32 dəqiqə meydanda olub və performansı ilə azarkeşlərin alqışını qazanıb. Bundan əlavə, Okan Buruk da onun oyununda razı qalıb.

 

Qeyd edək ki, 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edən Leroy Corc 85 oyuna 23 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right