Növbəti dəfə Türkiyə millisinə dəvət almayan Arda Turanın yığmadakı karyerasını bitirəcəyi ilə bağlı iddialar yayılıb.
Newsport.az-ın məlumatına görə, "Barselona"nın futbolçusu açıqlama verərək, gündəmdə olan məsələ ilə bağlı fikrini bildirib.
O, yığma karyerasını başa vurmayacağını söyləyib: "Mənim məqsədim sadəcə, oynamaqdı. Türkiyə futbolu üçün əlimdən gələni edəcəyimə söz vermişəm. Milliyə dəvət etsələr oynayacam, etməsələr də gəlməyəcəm. İndiki durumda "Barselona" ilə uğur qazanmağını düşünürəm. Milliyə dəvət almasam da, komanda yoldaşlarımı dəstəkləyəcəm. Həm biz, həm xalqımız dualarımızla milli komandamızı sona kimi dəstəkləməliyik. Ümid edirəm ki, hər iki oyunda qalib gəlib, 6 xal qazanacağıq".
Qeyd edək ki, millinin baş məşqçisi Fatih Terimlə arasında olan problemə görə artıq ikinci dəfədi Arda yığmaya dəvət edilmir.