Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Fiorentina” baş məşqçisini dəyişə bilər.
Newsport.az-ın məlumatına görə, “Fiorentina”nın hazırki baş məşqçisi Paulo Souza ilə klub rəhbərliyinin münasibətləri gərgindi. Mütəxəssis yay transferi dönəmində istədiyi futbolçuların alınmamasından narazıdı.
Ola bilsin ki, o, yaxın günlərdə “Fiorentina”nı tərk etsin. Məlumata görə, florensiyalılar onun yerinə namizəd də tapıblar. Rəhbərliyin “Latsio”nun keçmiş baş məşqçisi Stefano Poliyə etimad göstərəcəyi deyilir.
“Fiorentina” Avroliqanın qrup matçında “Qarabağ”ı İtaliyada 5:1 hesabı ilə məğlub edib.