"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.
Newsport.az-ın məlumatına görə, ispan çalışdırıcı futbolçulara klubun bazasında internetdən istifadə etməyi qadağan edib. Bu barədə mətbuata açıqlamasında "şəhərlilər"in futbolçusu Pablo Zabaleta məlumat verib.
45 yaşlı çalışdırıcının bu qərarın futbolçuların bir-birinə daha çox diqqət ayırması, daha çox ünsiyyətdə olması üverdiyi bildirilir.