"Fənərbaxça"nın futbolçusu Avroliqada həftənin ən yaxşısı oldu

Avropa Liqasında qrup mərhələsinin ikinci turunun qarşılaşmalarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, qitənin ikinci nüfuzlu turnirində həftənin ən yaxşı futbolçusu məlum olub. UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticəsinə əsasən "Fənərbaxça"nın futbolçusu Cermeyn Lens bütün rəqiblərini qabaqlayıb. Hollandiyalı yarımmüdafiəçi səslərin 70 %-ni qazanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Fənərbaxça"nın "Feyenoord"u 1 - 0 hesabı ilə məğlub etdiyi görüşdə komandasının qələbəsində əsas pay sahiblərindən olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right