Modriç: "Özümüzü Osiyekdə keçilməz hiss edirdik"

Xorvatiya yığmasının futbolçusu Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib:

"Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar möhtəşəm idilər. Onların sayəsində biz özümüzü Osiyekdə keçilməz hiss edirdik. Ümid edirəm ki, hamı oyundan razı qaldı. Çoxdan idi seçmə mərhələyə belə möhtəşəm başlamamışdıq. Növbəti rəqibimiz İtaliyadı. Bu, seçmə mərhələdəki ən vacib oyunumuz olacaq. Hələ ki, xal itirməmişik. Amma hələ üzərində çalışmalı olduğumuz məqamlar var. Komandadakı atmosfer möhtəşəmdi. Bunu qoruyub saxlamaq lazımdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right