Fatih Terim: "Səhvlər məndə oldu"

"Qələbə qazanmalı idik. Heç-heçə istədiyimi nəticə deyildi. Futbolçularım əllərindən gələni etdilər. Səhvlər məndə oldu. Yaxşı oynayarıq, amma qol vura bilmirik. Matçda oynayacaq futbolçuları mən seçirəm. Buna görə qələbə qazana bilmədiyimiz üçün günahkar özüməm".

Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində Latviya ilə bərabərə qaldıqları (1:1) oyundan sonra deyib.

"Son dörd gündə oynadığımız hər iki matçda qələbə qazana bilərdik. Ancaq cəmi 1 xal qazana bildik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı komanda kimi meydanda olacağıq. Amma hazırkı durumumuzdan heç məmnum deyiləm" - deyə F.Terim bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right