Frasanın və "Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anrinin Avropaya qayıdacağı barəsində sör-söhbətlər yayılıb.
Newsport.az-ın məlumatına görə, Fransa mətbuatının verdiyi məlumata görə 37 yaşlı futbolçu "Monako" və ya PSJ-ə transfer oluna bilər. Avropada PSJ, "Monako","Arsenal" və "Barselona" kimi klubların şərəfini qoruyan fransız futbolçu 2010-cu ildən buyana MLS təmsilçisi "Nyu-York Red Bull"un formasıyla 125 oyuna 50 qol və 37 məhsuldar ötürmə etməyi bacarıb.