"Milan" klubu futbolçusu Mixael Essienin Ebola virusuna yoluxması barədə gəzən sör-söhbətlərə aydınlıq gətirib.
Newsport.az-ın məlumatına görə, Afrika mətbuatında yazılanlara görə Afrika qitəsində yayılan bu virusa "Milan"ın məşhur futbolçusu Essien də yoluxub. Hətta bir ara "Milan"ın mətbuat katibi Rikardo Kollinin :"Essien xəstəliyə təzə yoluxanda bu aşkarlandı. İndi müalicə olunur yaxşı olacaq" bu açıqlamaları verdiyi də iddia olunurdu. Amma Kollinin belə açıqlama vermədiyinə aydınlıq gəlib. Sonda isə təcrübəli futbolçu mətbuata danışaraq hərşeyə aydınlıq gətirib :"Sağlamam və çox yaxşıyam. İnternetdəki yayılan dediqodular həqiqət deyil. Ebola çox ciddi virusdu, bu xəstəlik barəsində zaraft etmək olmaz".
"Milan" klubu Essieni müainələrdən keçirtdikdən ssonra onda heçbir xəstəlik olmadığını rəsmən açıqlayıb.