Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bu gün “Trabzonspor”da rəsmi debüt edib.
Newsport.az-ın məlumatına görə, bu, Qara dəniz təmislçisinin bu gün Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”la qarşı keçirdiyi görüşdə baş verib.
Şeydayev oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, Mehmet Ekicini əvəzləyib. Ramil rəsmi debüt görüşündə komandasının 6-cı qolunu vurub. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.