"Antalyaspor" rəhbərliyi komandanın aparıcı futbolçusu Samuel Eto`oya sərt cəza verib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu qeyri-müəyyən müddətə komandanın heyətindən kənarlaşdırılb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, futbolçu ilə bağlı rəhbərlik arasında iclas baş tutacaq. Həmin iclasda Eto`o ilə bağlı yekun qərar veriləcək.
35 yaşlı hücumçunun komandadan kənarlaşdırılmasına səbəb isə, onun rəhbərliyə qarşı çıxmasıdı.Eto`o bir neçə gün öncə verdiyi açıqlamalarla rəhbərliyin qəzəbinə tuş gəlib.
Qeyd edək ki, Eto`o 2015-ci ildən "Antalyaspor"da çıxış edir. Onun adı yay transfer dönəmində "Beşiktaş"la birgə hallanırdı.