İtaliya klubu türk futbolçunu istəyir

"Fənərbaxça"nın futbolçusu Salih Uçana İtaliya klubundan təklif gəlib.

Newsport.az-ın məlumatına görə, A Seriasında mübarizə aparan "Sampdoriya" 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Genoa təmsilçisi Dik Advokaatın şans vermədiyi gənc futbolçu üçün İstanbul nəhənginə 7 milyon avroluq rəsmi təklif göndərib. Lakin "Fənərbaxça" rəhbərliyi bu təklifə "yox" cavabı verib.

Qeyd edək ki, Salih Uçan son 2 mövsümü icarə əsasında "Roma"da keçirmişdi. O, bu mövsümün əvvəlində yenidən "sarı-lacivərtliər"in heyətinə geri dönüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right