Ərsun Yanal Şeydayev haqda danışdı

Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal millimizin hücumçusu Ramil Şeydayevi oynatmamasının səbəbini açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında bunları söyləyib: "Yay transfer pəncərəsi zamanı çox oyunçu aldıq. Vaxtımız da az idi. Hələ xidmətindən yararlanmadığımız bir neçə futbolçu var. Məsələn, Ramil, gənc oyunçudur, hələ ondan yararlanmamışıq. Onun Türkiyə çempionatını öyrənməsi lazımdır".

Qeyd edək ki, "Trabzonspor" Superliqada 3 oyun keçirib və həmin oyunlarda Şeydayevin adı matçların iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right