Millimizin üzvü oynamadı, "Beşiktaş" "Benfika"dan xal aldı

Gənclərdən ibarət milli komandamızın üzvü Mətin Gülərin çıxış etdiyi "Beşiktaş"ın 19 yaşlı futbolçulardan ibarət komandası UEFA  gənclər liqasının qrup mərhələsində ilk oyununu keçirib. 
 
Newsport.az-ın məlumatına görə, "qara qartallar" "Benfika"nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
 
Sözügedən oyunda millimizin üzvü oynamaq şansı qazanmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, ehtiyat oyunçular skamiyasında oturub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right