"Barselona"nın futbolçusu Neymar özünü yeni sahədə sınamaq niyyətindədi.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu musiqiçi olmaq istəyir.
Bu barədə məlumatı futbolçunun özü verib. 24 yaşlı futbolçu bildirib ki, artıq yeni mahnısı da hazırdı. Futbolçunun ilk mahnısı sabah izləyicilərinin ixtiyarında olacaq. Neymar ilk mahnısını "facebook" hesabında yayımlayacaq. Mahnının adı "Neymusico" olacaq.
Qeyd edək ki, bundan əvvəl bir çox futbolçular karyerasını bitirdikdən sonra bu sənətə üz tutmuşdular. Son olaraq İtaliya millisinin üzvü Pablo Daniel Osvaldo peşəkar musiqiçi olmaq üçün 30 yaşında karyerasını başa vurmuşdu.