Slovakiyalı futbolçu Maradonanın rekordunu yenilədi

İtaliya A Seriyasının III turunda "Palyermo" ilə səfər oyununda qol vuran "Napoli"nin futbolçusu Marek Hamşik yeni rekorda sahib çıxıb.
Newsport.az-ın məlumatına görə, Neapol təmsilçisinin futbolçusu klubun tarixində ən çox qol vuran futbolçu adını ələ keçirib. 
 
29 yaşlı futbolçu ötən gün baş tutan oyunda qol vurmaqla, 2007-ci ildən çıxış etdiyi komandasında vurduğu qolların sayını 82-yə çatdırıb. Slovakiya millisinin üzvü bu göstərici ilə klub tarixində 81 qol vuran əfsanəvi futbolçu Dieqo Armando Maradonanı geridə qoyub.
 
Qeyd edək ki, Maradona 1984-91-ci illərdə "Napoli"də forma geyinmişdi. O, komandanın heyətində keçirdiyi 188 oyunda 81 qol vurmağı bacarmışdı. Hamşik isə 320 oyunda Maradonanın rekordunu əlindən almağı bacarıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right