"Barselona"nın Argentinalı ulduz futbolçusu Lionel Messi İspaniya qanunlarına görə burda ödədiyi yüksək vergi üzündən klubdan ayrılmaq istədiyi söylənilir.
Newsport.az-ın məlumatına görə, İngiltərə mətbuatında İspaniyada yüksək vergi ödəyən Messinin bu səbəbdən "Barselona"dan ayrılaraq özünə yeni klub axtaracağı yazılır. Messinin "Barselona"dan ayrılacağı təqdirdə onu transfer etmək üçün "Mançester Siti" və PSJ-nin əsas namizədlər olduğu söylənilir.