"Qalatasaray"da ciddi itki

"Qalatasaray" ciddi itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, İstanbul nəhəngi aparıcı futbolçusu Sərdar Əzinin xidmətindən məhrum olub.  

25 yaşlı futbolçu 1 ay komandasından ayrı qalacaq. Buna səbəb isə futbolçunun zədəli olmasıdı. Türkiyə mətbuatının məlumatına görə, təcrübəli futbolçu millinin heyətində zədə alıb. Belə ki, Əziz Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Xorvatiyaya keçirdiyi oyunda zədə alıb. Onun dizindəki ağrılara görə təxminən 1 ay istirahət edəcəyi açıqlanıb. Mərkəz müdafiəçisi 5-ci turda "Beşiktaş"la derbi matçını da buraxmalı olacaq.
 
Qeyd edək ki, Sərdar Əziz bu yay "Bursaspor"dan "Qalatasaray"a trasnfer olunub. O, zədəsi səbəbindən hələ də yeni komandasının heyətində debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right