"Qalatasaray"ın sabiq futbolçusu Necati Ateş karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, N.Atəş bildirib ki, 19 illik karyerasına son qoymağın vaxtı çatıb.
36 yaşlı futbolçunu bununla bağlı ayrıca açıqlama verəcəyini də deyib.
Xatırladaq ki, hücumçu olan N.Ateş karyerası ərzində bir çox klubda, ö cümlədən İspaniyada “Real Sosyedad”, Türkiyədə “Qalatasaray”da oynayıb. Milli komandada 19 oyunda 5 qol vurub. Onun son klubu “Karşıyaka” olub.