UEFA ”Qalatasaray” klubuna qadağa qoya bilər.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb İstanbul klubunun maddi böhran keçirməsidir.
UEFA-nın Türkiyə Futbol Federasiyasına göndərdiyi məktubda, “Qalatasaray”ın maddi durumunda irəliləyiş olmayacağı təqdirdə komandanın Çempionlar Liqası və Avropa Liqasından məhrum olacağını bildirib.
Qeyd edək ki, eyni təhlükə “Bursaspor”, “Kasımpaşa” və “Qaziantepspor”u da gözləyir.