"Fənərbaxça"nın futbolçusu: "Belə münasibətdən nifrət edirəm"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İngiltərə ilə matçda qırmızı vərəqə alan Slovakiya milli komandasının kapitanı Martin Şkrtel ada mediadının onu psixopat kimi göstərməsində münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, "Fənərbaxça"nın futbolçlçusu matçın 57-ci dəqiqəsində Hari Keynə qarşı etdiyi hərəkətdən sonra qırmızı vərəqə görmüşdü. Təcrübəli müdafiəçi İngiltərə mediasının onun haqda yazdıqlarına sərt münasibət bildirib. 31 yaşlı futbolçu belə münasibətdən nifrət etdiyini söyləyib:

"Məni dəli, canavar kimi göstərməyə çalışırlar. Belə münasibətdən nifrət edirəm. Mən pis niyyətli bir futbolçu deyiləm. Karyeram ərzində 600-dən çox matça çıxdım. Bu qarşılaşmalarda 4, 5 qırmızı vərəqə görmüşəm. Mərkəz müdafiəçisi üçün bu rəqəm az sayılır".

 

Qeyd edək ki, Slovakiya - İngiltərə matçı qonaqların 1 - 0 hesablı qələbəsi ilə yekunlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right