Xəbər verdiyimiz kimi, "Qalatasaray"ın sabiq futbolçuları Uğur Tütünəkər və İsmail Demiriz həbs olunmuşdu.
Newsport.az-ın məlumatına görə, hər iki veteran futbolçu Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilirdi.
Ancaq bu gün keçirilən məhkəmədən sonra hər iki şəxs sərbəst buraxılıb. Bir şərtlə ki, Tütünəkərlə Demiriz ölkəni tərk edə bilməz.
Qeyd edək ki, terror təşkilatı iyulun 15-də ölkədə çevrilişə cəhd etmiş və 200-dən çox insanın həlak olmasına səbəb olmuşdu. Həmin terrordan sonra Türkiyə futbolunun əfsanəsi Hakan Şükür başda olmaqla, Arif Ərdəmin də saxlanılmasına qərar verilib.