Droqba karyerasını "Qalatasaray"da bitirəcək!

"Montreal İmpakt"ın futbolçusu Didye Droqba karyerasını "Qalatasaray"da bitirə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
 
Bildirilir ki, qışda azad agent statusuna malik olacaq futbolçu "Qalatasaray" rəhbərliyinə meneceri vasitəsi ilə mesaj göndərib. O, "Qalatasaray"ı unutmadığını və "Montreal İmapkt"dan ayrıldıqdan sonra komandaya dönmək istədiyini bildirib. Droqba 6 ay İstanbul klubunda oynadıqdan sonra karyerasını bitirmək istədiyini vurğulayıb. 
 
Qeyd edək ki, 38 yaşlı hücumçu 2013-14-cü illərdə "Qalatasaray"ın uğurları üçün çalışıb. Fil Dişi Sahili millisinin sabiq üzvü "cim-bom"un heyətində keçirdiyi 37 oyunda 15 qol vurmağı bacarıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right