"Qalatasaray"ın daha bir futbolçusu millidə zədələndi

"Qalatasaray"ın daha bir futbolçusu millinin düşərgəsində zədə alıb.
Newsport.az-ın məlumatına görə, söhbət İstanbul klubunun aparıcı futbolçusu Fernando Musleradan gedir. 
 
Uruqvay millisinin qolkiperi yığmanın məşqlərinin birində qabırğa nahiyəsindən zədə alıb və məşqi yarımçıq tərk edib.  Yığmanın həkimləri təcrübəli qapıçının DÇ-2018-in seçmə mərhələsində Paraqvaya qarşı matçda iştirak edib-etməyəcəyinin sual altında olduğunu bildiriblər. 
 
Qeyd edək ki, "Qalatasaray"ın yeni transferi Kolbeyn Siqtorsson İslandiya millisinin düşərgəsində zədə almışdı. Durumu ciddi olan hücumçu millidən uzaqlaşdırılmışdı. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right