"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəlin karyerasını bitirdikdən sonra hansı sahədə çalışacağı bəlli olub.
Newsport.az-ın məlumatına görə, 34yaşlı qolkiper karyerasını bitirdikdən sonra baş məşqçi kimi fəaliyyət göstərəcək.
Türkiyə mətbuatının məlumatına görə, millinin sabiq üzvü artıq bu yöndə çalışmalara start verib. O, xarici dili öyrənməklə yanaşı, "Fənər"in yeni baş məşqçisi Dik Advokaatın da təcrübəsindən faydalanır.
Qeyd edək ki, hazırda Advokaatın köməkçisinin kimliyi bəlli deyil. Volkan könüllü olaraq holland mütəxəssisə yardımçı olur.