"Qalatasaray"ın sabiq futbolçusu həbs edildi

"Qalatasaray"ın əfsanəvi futbolçusu Uğur Tütünəkər həbs olunub.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı veteran futbolçu Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.
"Sabah" qəzetinin məlumatına görə, İsveçrənin "Vil" klubunun baş məşqçisi bu gün vətənə dönüb. O, İstanbulda yerləşən "Atatürk Hava Limanı"nda pasportunu qeydiyyatdan keçirən zaman polisə təhvil verilib. Onun polis bölməsinə aparıldığı və dindirlidiyi qeyd olunur. Sabiq futbolçunun hazırda azadlıqda və ya polisdə olması ilə bağı hər-hansı məlumat yoxdu. 
Qeyd edək ki, terror təşkilatı iyulun 15-də ölkədə çevrilişə cəhd etmiş və 200-dən çox insanın həlak olmasına səbəb olmuşdu. Həmin terrordan sonra Türkiyə futbolunun əfsanəsi Hakan Şükür başda olmaqla, Arif Ərdəm və Tütünəkərin saxlanılmasına qərar verilmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right