"Qalatasaray"dan növbəti transfer

"Qalatasaray" heyətinə daha bir  futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  İstanbul təmsilçisi ABŞ-ın "Los Anceles Qalaksi" klubunun futbolçusu Nigel de Yonqu transfer edib.

Bu keçid "sarı-qırmızı"lar üçün pulsuz başa gəlib.
 
Hollandiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 31 yaşlı futbolçu "Mançester Siti" və "Milan" kimi klublarda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right