Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstanın PAOK klubu heyətini bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisi "Yuventus"un hücumçusu Mame Siamı transfer edib. Bu barədə klubun rəsmi saytından məlumat verilib. 23 yaşlı forvard 1 il müddətində icarə əsasında PAOK-un şərəfini qoruyacaq.
Qeyd edək ki, seneqallı forvard son mövsümü icarə əsasında Belçikanın "Zulte Vareqem" klubunda keçirib. Siam meydana çıxdığı 28 matçda 9 dəfə fərqlənib.