"Beşiktaş" daha 3 futbolçu ilə gücləndi

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş" heyətini 3 yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, İstanbul klubu ötən il 6 milyon avro qarşılığında Almanyanın "Leypsiq" klubuna satdığı Atınç Nukanı heyətinə cəlb edib. Gənc müdafiəçi 1 illik icarə əsasında çıxış edəcək.

"Fənərbaxça"dan ayrılaraq "İnter"ə transfer olunan Caner Erkinin İtaliya macərası qısa çəkib. Caner Erkin də Nukan kimi "Beşiktaş"da 1 illik icarə əsasında çıxış edəcək.

İstanbul klubu həmçinin "Lester Siti"dən Gökhan İnleri də transfer edib. İsveçrə millisinin üzvü "qara qartallar"la 3 illik müqavilə imzalayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right