İtaliya millisinin üzvü Sebastyan Covinko AÇ-2016-nın seçmə mərhələsində yığmamıza qarşı keçirdikləri oyundan danışıb.
Newsport.az-ın məlumatına görə, hücumçu qələbəni şərh edib:
"Qazandığımız qələbədən və göstərdiyimiz oyundan çox razıyam. Sevinirəm ki, gözəl oyunla lazımı qələbəni qazandıq. Hücumda Simone Zaza ilə birlikdə çox yaxşı çıxış etdik. Komandamıza kömək etdiyimizi düşünürəm.
Antonio Kontenin milli komandaya gətirilməsi çox yaxşı oldu. O, burada çox yaxşı komanda qurub və İtaliya millisi özünü sübut edəcək. Biz qrupdan lider kimi çıxmaq istəyirik. Azərbaycan haqqında isə heç nə demək istəmirəm. Rəqibin nəyə qadir olduğunu özünüz gördünüz".
İtaliya - Azərbaycan görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.