Türkiyənin "Fənərbaxça” klubu növbəti transferi reallaşdırıb.
Newsport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Sanderlend”də çıxış edən Cermeyn Lenslə anlaşıb.
Razılaşmaya əsasən, hollandiyalı mövsümün sonuna qədər icarə əsasında "bülbüllər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Hollandiya millisinin 29 yaşlı hücumçusu ötən mövsüm "Sanderlend”in heyətində meydana çıxdığı 18 qarşılaşmada 2 qolla yadda qalıb.