Türkiyə millisinin heyətində dəyişiklik edildi

Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Newsport.az saytının məlumatına görə,  "Konyaspor"la qarşılaşmada zədələnən Oğuzhan Özyakupun yığmadan uzaqlaşdırlıb. Onun əvəzinə isə "Qalatasaray"dan Tolqa Ciyerçi milliyə dəvət olunub. 

"Herta"dan “Qalatasaray”a transfer olunan 24 yaşlı yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə İsveçlə yoxlama görüşü üçün milliyə dəvət edilmişdi. Lakin Ciyerçi zədə səbəbində düşərgəni tərk etmişdi.

Qeyd edək ki, Türkiyə avqustun 31-də Rusiya ilə yoldaşlıq görüşü keçirəcək və daha sonra sentyabrın 5-də DÇ-2018-in seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right