Suares Uruqvay millisi ilə oyuna çıxdı

Luis Suares uzun müddətdən sonra Uruqvay millisi ilə matça çıxıb.

Newsport.az -ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşündə iştirak edib. 1:1 hesabı ilə başa çatan oyunda Suares komandasının qolunda böyük pay sahibi olub. Onun zərbəsindən sonra top rəqib komandanın futbolçusuna dəyərək tora daxil olub.

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Ancaq bu cəzalar yoldaşlıq matçlarına şamil edilmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right