Millimizin üzvü "Fənərbaxça"ya qol vurdu, komadası 1 xal qazandı

Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Fənərbaxça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

Ufuk bu görüşün 82-ci dəqiqəsində, hesab 2:2 olarkən meydana çıxıb. Bundan cəmi 8 dəqiqə sonra millimizin üzvü qol vurub. Amma komandası qələbə hesabını qoruya bilməyib. 38-ci dəqiqədən etibarən azlıqda qalan "Fənərbaxça" 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, "Kayserispor" 2 turdan sonra 1 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right