Şeydayevsiz "Trabzonspor" məğlub oldu

Türkiyə Super Liqasında 2-ci turun qarşılaşmaları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimizin üzvü bu dəfə də Qara Dəniz təmsilçisinin heyətində Super Liqada debüt edə bilməyib. Belə ki, baş məşqçi Ərsun Yanal həmyerlimizin adını matçın iştirak ərizəsinə daxil etməyib. Şeydayev ilk turda "Kasımpaşa" ilə oyunda da iştirak etməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right