Arda Turan:azarkeşlərdən üzr istəyirəm

Türkiyə millisinin futbolçusu Arda Turan "Avro-2016"nın seçmə mərhələsində Çexiya ilə matçdan (1:2) sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə,  o, məğlub olduqları üçün türk azarkeşlərdən üzr istəyib:

"Birinci hissədə əlimizdən gələn hər şeyi etdik, qol vurduq. Rəqib daha az hücum etdi, ancaq bizdən çox qol vurdu. Futbolda yaxşı oynayana üç xal vermirlər. Qələbə qazanmaq üçün çalışmağımıza baxmayaraq, istədiyimizə nail ola bilmədik. İki-üç matçda qalib gəlsək, bizim üçün daha yaxşı olacaq. Çexiya kimi komandalara qarşı oyunlarda hesabda geri düşdükdən sonra meydanı üç xalla tərk etmək çox çətindir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right