"Avro-2016"nın seçmə mərhələsində evdə millimizə 2:1 hesabı ilə qalib gələn İtaliya yığmasının yarımmüdafiəçisi Andrea Pirlo oyun haqda danışıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanla oyunun çətin keçdiyini bildirib:
"Məhsuldar ötürmə ilə yığmaya qayıtmaq əla hissdir. Yenidən bu formanı geyindiyim üçün şadam. Qələbə qazanaraq inamla irəliləmək üçün yaxşı şansımız var idi ki, bunu da bacardıq. Lakin Azərbaycanla oyunda asan qələbə qazanmadıq. Matçın taleyini erkən həll edə bilmədik. Bu tip komandalar oyun ərzində çox qol epizodları yaratmasa da, kiçik səhvdən rəqibi cəzalandıra bilirlər. Ancaq sonda meydandan 3 xalla ayrıldıq. Artıq növbəti oyuna hazırlaşmalıyıq".
Qeyd edək ki, İtaliya yığması oktyabrın 13-də səfərdə Maltanın qonağı olacaq.