"Beşiktaş” Almaniya millisinin üzvü Mario Qomezin gedişindən sonra hücumda yaranan boşluğu doldurmağı bacarıb.
Newsport.az-ın məlumatına görə, "qara qartallar” Portuqaliyanın "Portu” klubunun futbolçusu Vensen Abubakorla rəsmən danışıqlara başlayıb.
Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Kamerun millisinin forvardı yaxın günlərdə İstanbula gələcək və yeni klubu ilə münasibətlərini rəsmiləışdirəcək. Onun klubla hansı şərtlərə müqavilə imzalayacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, Abubakor "Portu”dan əvvəl Fransanın "Valensyen” və "Loeryen” kimi komandalarında forma geyinib.